XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 İyun 2017 - 12:58

Nazir Ramil Usubov Tacikistana səfərə gedib –Toplantı

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Tacikistana səfərə gedib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, o, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının paytaxt Düşənbədə keçiriləcək növbəti iclasında iştirak edəcək.

Bu gün keçiriləcək iclasda iştrak etmək üçün Tacikistan paytaxtına, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın DİN rəhbərləri də gəlib.

İclasda cinayətkarlıqla mübarizə, əməliyyat-axtarış fəaliyyətinin aktual problemləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdə, həmçinin əvvəllər beynəlxalq terrorçuluq, ekstremizmin digər təzahürləri, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə və digər birgə hüquq-mühafizə tədbirləri üzrə qəbul olunmuş qərarların icrasının gedişatı nəzərdən keçiriləcək.