XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 İyun 2017 - 14:18

“Ordumuz istənilən təhdidin qarşısını almağa, onu məhv etməyə qadirdir” –MN-dən Sarkisyana xəbərdarlıq

"Azərbaycan əsgəri və Ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir".

Strateq.az xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı açıqlamada yer alıb.

Nazirlik Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq qeyd edib ki, onun bu sözləri acı istehza ilə qarşılanır və heç bir real fakta əsaslanmayan, təbliğat məqsədi ilə yayılan diletant çıxışdır:

"Bu çıxış yalan və həyasızlıqdan başqa bir şey deyildir. Azərbaycan əsgəri və Ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.

İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsa idi, V.Sarkisyan daha səmimi görünərdi".