Türkiyənin Hakkari vilayətində PKK-ya qarşı aparılan əməliyyat zamanı bir polis əməkdaşı şəhid olub.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə vilayətin Oğul kəndi ərazində baş verib: "Həmin kənd ərazisində terroristlərin deşifrə edilməsi üçün aparılan əməliyyat zamanı bir polisimiz ağır yaralandı. O, Hakkari Dövlət Xəstəxanasına çatırılsa da, həkimlər həyatını xilas edə bilmədi".
Məlumatda qeyd edilir ki, bölgədə əməliyyat tədbirləri davam etdirilir.
Strateq.az