Rusiyanın ilhaq etdiyi Krımda məlum təyyarə insidenti ilə bağlı Türkiyə əleyhinə etiraz aksiyası keçirilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Simferopolda Nazirlər Kabinetinin qarşısında təşkil olunan aksiyada Türkiyə əleyhinə şüarlar səsləndirilib, prezident Rəcəb Tayyib Ərdoğanın «kuklası» yandırılıb.