XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

28 İyun 2017 - 17:28

Trampla Makron Əsədlə bağlı anlaşdı:"Suriyaya birgə zərbə endiriləcək"

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla Suriya ilə bağlı razılığa gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə rəsmi Paris açıqlama yayıb.

Açıqlama qeyd olunur ki, Makronla Tramp bu gün telefonda danışıblar. Onlar Suriyadakı vəziyyəti detallı müzakirə ediblər:

"Hər iki lider qərara alıb ki, əgər Əsəd rejimi öz xalqına qarşı kimyəvi silah tətbiq edərsə, o zaman Fransa və ABŞ Əsəd və onun ordusunu birgə vuracaq".

Məlumatda o da bildirilib ki, Makron telefon danışığında Trampı ölkəsinə dəvət edib: "Güman ki, Tramp iyulun 14-də – Fransanın müstəqilliyi günü Parisə gələcək".

Qeyd edək ki, bundan əvvəl Fransanın yeni prezidenti Əsəd rejimini "Əgər rejim kimyəvi silah işlədərsə, o zaman Fransa təkbaşına Suriyaya zərbələr endirəcək", – deyə hədələmişdi. 

Xatırladaq ki, ötən gün ABŞ da Əsəd rejiminə Suriyada kimyəvi silah tətbiq edəcəyi halda, çox sərt zərbə alacağı barədə rəsmi haqda xəbərdarlıq edib.

Bununla bağlı Ağ Evdən verilən yazılı açıqlamada bldirilib ki, Əsəd belə bir hərəkətə əl atarsa, bunun əvəzini çox ağır ödəyəcək: "O və ordusu bunun qarşılığını çox ağır şəkildə alacaqlar".

Strateq.az