XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 00:21

Lavrov: “Danışılacaq çox şey var” –Putinlə Tramp G20 toplantısında görüşə bilər

Rusiya Federasiyası prezidenti Vladimir Putin və onun ABŞ-lı həmkarı Donald Tramp görüşə bilər.

"RİA Novosti"nin verdiyi məlumata görə, görüş Hamburqda keçiriləcək G20 sammitində baş tuta bilər.

Buna baxmayaraq, ABŞ administrasiyasının nümayəndəsi sözlərinə görə, Ağ Ev görüşün olub-olmayacağını hələ təsdiqləməyib/Trend.

***

"Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Hamburqda G20 sammiti çərçivəsində görüşəcəyini düşünürük".

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Görüşün olacağını güman edirik. Çünki hər iki prezident eyni zamanda, eyni şəhərdə və eyni binada olacaq və onların söhbət etməməsi doğru olmaz. Üstəlik danışılacaq çox şey var. Əvvəla, dialoq prosesini normallaşdırmaq lazımdır. Dialoq Rusiya və ABŞ-ın mənafeyinə xidmət etməlidir”, – XİN rəhbəri bildirib/Axar.az.