Qətərin müdafiə naziri Xalid əl-Attiya iyun ayının 30-da Türkiyəyə səfər edəcək.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi xəbər yayıb.
Türkiyə mətbuatının məlumatında qeyd edilir ki, səfəri çərçivəsində Ankarada türkiyəli həmkarı Fikri İşıkla görüşən qətərli nazir Dohadakı türk hərbi bazası və birgə hərbi təlim haqda məsələləri detallı müzakirə edəcək.
Strateq.az