XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2015 - 06:26

Ərdoğanla Putini belə ayırdılar

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın sabah BMT-nin Parisdə keçiriləcək sammitində görüşmək təklifini rədd edəndən sonra tədbirin təşkilatçıları liderləri bir-birindən uzaq tutmağa qərar veriblər.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş Paris sammitində çəkiləcək ailə fotosunda prezidentlər üçün fərqli yerlər ayrılıb. Bundan başqa, Ərdoğanla Putinin olacağı zallar da fərqlidir. Türkiyə prezidenti ABŞ lideri Barak Obama ilə eyni zalda olacaq.

Xatırladaq ki, Ərdoğan təyyarə insidenti ilə bağlı müzakirə aparmaq üçün Putinə görüş təklif etmişdi. Lakin Putin təklifi rədd edərək bunu Türkiyənin insidentə görə Rusiyadan üzr istəməməsi ilə əlaqələndirib. 

Putinin bu konfrans çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcəyi bildirilir. Görüşlərdə Suriya və Ukrayna ilə bağlı müzakirələr olacaq.