XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 İyun 2017 - 16:50

Deputat və İTV-nin aparıcısı Əfqan Muxtarlının işi üzrə dindiriləcək –Proses

Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb.

Strateq.az APA-ya istinadən xəbər verir ki,  bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə Ə.Muxtarlı həbsdə qalıb, şikayət təmin edilməyib.

E.Sadıqov bildirib ki, Əfqan Muxtarlının barəsindəki cinayət işi “Meydan Tv” ilə bağlı başladılan cinayət işinə birləşdirilib: “Birgə istintaq qrupu yaradılıb, əlavə şəxslər də cəlb edilib. Biz istintaqda vəsatət verdik ki, deputat Elman Nəsirov və “Carçı” verilişinin aparıcısı ifadə verərək Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi üçün xüsusi əməliyyat keçirilməsi barədə cəmiyyətə yaydıqları məlumatları hardan almaları ilə bağlı sorğu sual edilsinlər. Bizim vəsatətimiz təmin edildi və həmin şəxslər dindiriləcək”.

Xatırladaq ki, Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.