XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2015 - 11:15

Ruslar “qırmızı cizgidə”

 

Türkiyənin rus təyyarəsini vurduqdan sonra Moskva qardaş ölkənin “qırmızı cizgilərinə “ilişməyə” başlayıb.

Strateq.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, artıq rus təyyarələri Cərablüs və Azəz bölgələrini bombalamağa başlayıblar.

Göydən ruslar tərəfindən bombalanan qəsəbələr yerdən də PKK-nın Suriya qolu PYD-nin hücumlarına məruz qalırlar.

Qeyd edək ki,  “Kürdüstan” dövlətinin qurulmasının qarşısını almaq üçün bir müddət əvvəl kürd separatçıları tərəfindən alınan bu ərazilərdə Ankara güvənli bölgə yaratdığını elan etmişdi. Fərat çayının qərb sahilindən Aralıq dənizinə qədər uzanan bölgəyə PYD silahlılarının müdaxiləsini önləyən Türkiyənin bundan sonra hansı addımı atacağı maraqla izlənilir.

Maraqlıdır ki, Cerablüs və Azəz bölgəsinə həqiqətən də İŞİD nəzarət edir. Rusiyanın bu əməliyyatlar zamanı həm də ABŞ-ın dəstəklədiyi kürd separatçılarına istinad etməsi Vaşinqtonun da “saqqızını oğurlamağa” hesablanıb. Məqsəd rəsmi Ankaranı tamamilə təkləməkdir.

Strateq.az