"Sıfır əsgər, sıfır təminat qəbuledilməzdir".
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kipr müzakirələri ilə bağlı açıqlamasında deyib.
“Koçiyasın açıqlaması bizi maraqlandırmaz. Türkiyə Silahlı Qüvvələrinin adada qalmağa davam edəcək. Yunan tərəfi istəyir ki, təhlükəsizlik təminatı olmasın və türk əsgəri də adadan çıxsın. Bir şeyi anlasınlar. Bu, onların xəyalıdır. Xəyaldan ayılsınlar”, – XİN rəhbəri bildirib.
Qeyd edək ki, İsveçrədə yunan və türk tərəfinin iştirakı ilə Kipr problemi müzakirə olunmaqdadır/Axar.az