XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2017 - 19:40

“Avropaya cavab zərbəsi hazırlayırıq… –Rusiyanın baş naziri

"Avropa Birliyinə (AB) tətbiq edilən embarqonun müddətini 2018-ci ilin sonuna qədər uzatmağı düşünürük".

Bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyev Nazirlər Şurasında çıxışı zamanı deyib.

“AB dünən Rusiyaya qarşı sanksiyaları uzatmaqla bağlı qərar verdi. Təəssüf ki, avropalı partnyorlarımız bizə qarşı qeyri-konstruktiv siyasəti davam etdirir. Siyasət yenə də iqtisadiyyatı üstələyir”, – baş nazir bildirib/Axar.az.

Qeyd edək ki, AB Rusiyaya qarşı sanksiyaları 2018-ci ilin yanvarın 31-nə kimi uzatmaq barədə qərar vermişdi.