Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyanın Ankaraya tətbiq etdiyi sanksiyaları şərh edib. Baş nazir Türkiyənin Kremldən daha soyuqqanlı addımlar gözlədiyini deyib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Davudoğlu bu sanksiyalarla təkcə Türkiyənin yox, həm də Rusiyanın iqtisadi maraqlarının zərər görəcəyini bildirib.
Davudoğlunun sözlərinə görə, «Su-24» təyyarəsinin vurulması onu göstərdi ki, iki fərqli koalisiyanın eyni hava məkanında əməliyyat keçirməsi tərəfləri bu cür insidentlərdən sığortalamır.