XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2015 - 18:15

Rus qırıcı təyyarəsi İsrailə girdi – Müdafiə Nazirliyi açıqlama yaydı

“Rusiya təyyarəsi hava sərhəddimizi pozdu”.

Bu barədə İsrailin “Haaretz” qəzeti ölkəsinin Müdafiə nazirinə istinadən açıqlama yayıb.

Məlumata görə, İsrail Müdafiə naziri Moşe Yalon Rusiyaya aid qırıcı təyyarənin ölkələrinin hava sərhəddini pozduğunu bildirib. Onun sözlərinə görə, rus qırıcı təyyarəsi 1.6 kilometr keçərək İsrail hava ərazisinə daxil olub.

Nazirin bildirdiyinə görə, onlar pilota 3 dəfə xəbərdarlıq ediblər. Bundan sonra təyyarə İsrail hava ərazisini tərk edib.

Musavat.com