XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

30 İyun 2017 - 19:51

Rusiya Avropa Şurası ilə “döyüş”ə girdi –Üzvlük haqqını ödəməkdən imtina etdi

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Turbern Yaqlandla telefonda danışıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov  Avropa Birliyinin Rusiyaya qarşı sanksiya qərarının daha 6 ay uzadılmasına etirazını bildirib.

O, bu qərara Rusiyanın cavabsız qalmayacağını deyərək, rəsmi Moskvanın Avropa Şurasına üzvlüyə görə ödəyəcəyi məbləği dayandırdıqlarını da diqqətə çatdırıb: "Rusiya 2017-ci il üçün nəzərdə tutulan üzvlük haqqını ödəməkdən imtina edib. Lavrov Yaqlandın diqqətinə çatdırıb ki, Avropa Şurasının Rusiya ilə bağlı sanksiyası və Moskvanın qurumdakı səlahiyyətlərini məhdudlaşdıran hallar aradan qaldırılmayacağı günə qədər Moskvanın qərarı dəyişməyəcək".

Məlumatda o da qeyd olunur ki, Lavrovla Yaqland Rusiya – Avropa Şurası münasibətlərinin gələcəyinə dair xeyli müzakirə də aparıblar.

Strateq.az