XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 08:10

Cəbhədən acı xəbər: bir əsgərimiz yaralandı – Nazirlik düşmənə xəbərdarlıq etdi
 

“Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb”.

Strateq.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilir ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi onu da qeyd edib , ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.