XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2017 - 14:01

Almaniya XİN rəhbərindən Türkiyə açıqlaması:"Xəta etdik"

"15 iyul hərbi çevrilişə cəhddən sonra Türkiyə hökuməti və xalqı ilə həmrəyliyimizi daha aşkar şəkildə büruzə verməli idik".

Bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel deyib.

Türkiyə məsələsində önəmli məqamlara toxunan nazir 15 iyul hadisələrindən dərhal sonra Türkiyəyə səfər etməmələrini xəta kimi qiymətləndirib.

Qeyd edək ki, Z.Qabriel ötəngünkü açıqlamasında Türkiyə siyasilərinin Almaniyada türk toplumu ilə görüş yasağı qoyulduğu halda PKK terrorçularının təbliğatına şərait yaradılmasına da etiraz etmişdi/Axar.az