XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 14:25

Helmut Kolun ölümü ailəsi və ölkəsində parçalanma yaratdı –Prezident və oğlu dəfnə buraxılmadı

Almaniyaya 16 il rəhbərlik etmiş, İkinci Dünya Müharibəsindən sonra bölünmüş Almaniyanın birləşdirilməsində mühüm rol oynamış Helmut Kol bu gün Fransanın Strasburq şəhərində – Avropa Parlamentinin binasında keçirilən rəsmi mərasimdən sonra ölkəsində dəfn edilib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Birliyi tarixində ilk dəfə belə bir mərasim təşkil edilib: "Mərasimə Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın sabiq prezidenti Bill Klinton və Avropanın bəzi liderləri qatılıblar".

Məlumatda maraqlı detallardan biri də odur ki, Almaniyanı birləşdirmiş Kolun öz ailəsində parçalanma olduğu üzə çıxıb. Belə ki, Fransada keçirilən möhtəşəm mərasim ölkəsindəki kimi, Helmut Kolun ailəsində də kəskin mübahisə yaradıb: "Kolun ilk həyat yoldaşı Hanneloreden olan oğlu Valter mərasimin Almaniyada keçirilməsi və atasının da anasının dəfn edildiyi məzarlıqda torpağa tapşırılmasını istəyib. Lakin ögey anası Maike Rixter buna razılıq verməyib. Bu üzdən də ailə daxilində narazılıq böyüyüb və oğul Valter mərasimə getməyib".

Onu da qeyd edək ki, Helmut Kolun baş nazirlikdən ayrılarkən bəzi məxfi sənədləri məhv etməsi səbəbindən cinayət işinin açılmasını tələb edən Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayer də mərasimə dəvət edilməyib. 

Xatırladaq ki, dəfndən sonra Helmut Kolun adı Almaniya ilə Fransanı ayıran Reyn çayı üzərindəki körpüyə veriləcək.

Strateq.az