XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 15:51

Lukaşenko:"Belarus vətəndaşlarına müharibə, sarsıntı, inqilab lazım deyil"

"Belarus vətəndaşlarına inqilab və demokratiya, insan haqları mövzusunda spekulyasiyalar lazım deyil". 

"RİA "Novosti" xəbər verir ki, bunu Belarusun Müstəqillik Günü münasibətilə xalqa ünvanladığı təbrikdə prezident Aleksandr Lukaşenko bildirib.

"Son illər ərzində ölkə vətəndaşları və burada yaşayan insanlar çox dəyişikliyin şahidi olub. Lakin bu insanların bir dəyişməz arzusu var ki, bu da müstəqil, azad ölkədə yaşamaqdır. Belarus xalqına sarsıntı, müharibə və inqilab lazım deyil. Bizim illərin sınağından keçmiş ideallarımız və dəyərlərimiz var", – deyə ölkə başçısı qeyd edib.

A. Lukaşenko qeyd edib ki, "XXI əsrin Belarusu stabil və müstəqail şəkildə öz yolu ilə gedən dövlətdir".

APA