"Ankara Türkiyənin milli təhlükəsizliyə yönəlmiş hər bir təhdidə qəti cavab verəcək".
Bunu Türkiyə dövlət başçısının mətbuat katibi İbrahim Kalın deyib.
Kalın bu sözləri Suriyanın Afrin şəhərindən Türkiyə ərazisinin atəşə tutulması faktını şərh edərkən deyib.
Kalının sözlərinə görə, Türkiyə əvvəllər olduğu kimi, öz milli təhlükəsizlik və dövlət sərhədlərinin qorunması üçün bütün zəruri addımlar atacaq: "Suriya və ya istənilən digər dövlətin ərazisi, İŞİD və PKK terrorçularının fəaliyyəti də daxil olmaqla, istənilən təhlükənin dərhal qarşısı alınacaq. Cavab çox sərt və adekvat olacaq".
Trend