XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 12:08

Paris fiaskosu – Putin Ərdoğana arxa çevirdi

Günlərdən bəri qarşılıqlı bəyanatlarla bir-birini ittiham edən Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın nəhayət bu gün eyni məkanda bir araya gəlmək, üzbəüz söhbət etmək imkanı yarandı.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki lider bu gün BMT-nin Fransanın paytaxtı Parisdə işinə başlayan iqlim dəyişikliyi sammitində iştirak edir.

Türkiyə prezidenti günlərdir ayrı-ayrı çıxışlarında Putinə mesaj göndərərək vəziyyəti daha da gərginləşdirməmək üçün Paris sammitində görüşməyi tövsiyə edirdi.

Lakin Kremldən gələn rəsmi imtina cavabından sonra məlum oldu ki, Putin Ərdoğanla görüşmək istəmir. Bununla belə, iki liderin bir araya gələcəyinə dair ümidlər qalırdı. Və bu baxımdan bu gün dünyanın gözü Parisdə idi.   

Lakin sammit işinə başlayan kimi məlum oldu ki, Putin qərarında israrlıdır və tədbir boyu Ərdoğanla rəsmi və ya qeyri-rəsmi səviyyədə görüşmək niyyətində deyil.

Beləliklə, Paris görüşü ilə bağlı bütün gözlənti və ümidlər fiaskoya uğradı. Bundan sonra prezidentlərin nə zaman və hansı şəraitdə birbaşa təmasa keçəcəyi isə böyük sual doğurur.