XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 15:02

Dünya gücləri Fransada – Liderləri 2800 polis qoruyur

Fransanın paytaxtı Parisdə BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş 21-ci sammiti keçirilir. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, sammitdə 150-dən artıq dövlətin rəhbərləri iştirak edir.

İştirakçılar arasında ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Türkyiə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin də var.

Paris terrorundan sonra ilk dəfədir ki, dünya liderləri Fransada toplaşıblar.

Sammitdə təhlükəsizlik tədbirləri ən üst səviyyədədir. Tədbirin keçirildiyi ərazini 2800 polis qoruyur.