Rusiya prezidenti Vladimir Putin BMT-nin bu gün Parisdə işinə başlayan iqlim dəyişikliyi sammitinə gecikib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin sammit iştirakçılarının birgə şəkil çəkdirməyib. Rusiya prezidenti tədbirə bu ənənədən 15 dəqiqə sonra – ABŞ prezidenti Barak Obamanın çıxışı zamanı qatılıb.
Putin Paris terrorunun qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsini, həmçinin Fransa prezidenti Fransua Olland, ölkənin xarici işlər naziri Loran Fabius, BMT baş katibi Pan Gi Mun və bir neçə başqa liderin çıxışını qaçırmış olub.
Indi hamını maraqlandıran Putinin müəmmalı gecikməsinin arxasında duran səbəbdir. Ola bilsin ki, Putin məhz Ərdoğanla üz-üzə gəlməmək üçün sammitə gecikib. çünki foto çəkilərkən bütün liderlər bir araya gəlir və istər-istəməz ayaqüstü qısa ünsiyyətdə ola bilirlər.
Xatırladaq ki, Türkiyə prezidentinin israrlı çağırışına baxmayaraq, Putin Paris sammitində onunla görüşməkdən imtina edib.