ABŞ Prezidenti Donald Trump Twitter-də MSNBC telekanalının aparıcıları barədə təhqiramız şərhlərinin yaratdığı qalmaqaldan sonra daha bir mesaj verib.
Strateq.az BBC-yə istinadən bildirir ki, o, Twitterdə belə yazıb: "Sosial mediadan istifadə ənənəvi deyil, müasir prezidentə yaraşır".
Tramp əlavə edib ki, o, hələ prezident olmamışdan əvvəl bütün çıxış və fikirlərini sosial şəbəkələrdə ifadə edb və bu da ona uğur gətirib.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl, Tramp MSNBC aparıcıları Joe Scarborouzla Mika Brzezinskini sosial şəbəkədə təhqir edib. Bu isə onun rəqiblərinin kəskin narazılığına səbəb olub.
Strateq.az