XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 15:53

Obama Putinlə görüşdü: «Əsəd getməlidir!»

ABŞ prezidenti Barak Obama BMT-nin bu gün Parisdə işinə başlayan iqlim dəyişikliyi sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi Ağ Evə istinadən məlumat yayıb.

Obama növbəti dəfə ölkəsinin Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyini diqqətə çatdırıb və Putinə «Əsəd getməlidir!» mesajını verib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov isə görüşlə bağlı açıqlamasında Obamanın «Su-24» təyyarəsi ilə bağıl insidentdən təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, yarım saat davam edən görüşdə liderlər Suriya və Ukraynadakı münaqişələrin  nizamlanması ilə də bağlı müzakirə aparıblar.