XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2017 - 16:31

Azərbaycanda böyük amnistiya veriləcək –Komissiya üzvü tarixi açıqladı

"Yaxın vaxtlarda amnistiya veriləcəyi gözlənilmir".

Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev amnistiya gözləntilərinə aydınlıq gətirərkən deyib.

O, amnistiya aktının ötən il tətbiq olunduğunu xatıladıb: "Novruz baramında əfv sərəncamı verildiyini, 2016-cı ilin mayında amnistiya tətbiq olunduğunu nəzərə alsaq, yeni bir aministiya veriləcəyi gözlənilmir”.

Növbəti amnistiya aktının tətbiqinə gəlincə, Komissiya üzvü bunları bildirib: “2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi və mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində amnistiya verilə bilər. Hər halda indidən qəti fikir söyləmək çox tezdir. Amma əminliklə deyə bilərəm ki, bu ilin sonuna qədər amnistiya tətbiqini real hesab etmirəm”.

Modern.az