Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi konfransında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı görmədiyini və onunla görüşmədiyini söyləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putinə Parisdə keçirilən mətbuat konfransında türkiyəli həmkarını görməsi və görüşməsi ilə bağlı sual ünvanlanıb.
“Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim”, – deyə, Rusiya prezidenti suala cavabında bildirib.
O, keçirdiyi bütün ikitərəfli görüşlərdə Türkiyə tərəfindən vurulan “Su-24” təyyarəsi ilə bağlı müzakirələr apardığını söyləyib: “Keçirdiyim görüşlərdə Rusiya təyyarəsinin Türkiyə üçün təhlükə daşımadığı fikri öz təsdiqini tapıb”.