XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 20:21

Avrasiya İttifaqına real təhlükə! – Qazaxıstanın DTT-yə üzvlüyünə Lukaşenkodan ilginc reaksiya

Qazaxıstan 30 noyabr tarixindən Dünya Ticarət Təşkilatının (DTT) tamhüquqlu üzvünə çevrilib. Bununla da Qazaxıstan təşkilatın 162-ci üzvü olub.

Bunu ölkənin prezidenti Nursultan Nazarbayev televiziya ilə çıxışı zamanı bildirib:

“Bu gün, 30 noyabr tarixində, Qazaxıstan de-yure DTT-in üzvünə çevrilib. Bununla bağlı DTT-in Baş Assambleyasında rəsmən elan ediləcəkBu, müstəqil Qazaxıstanın tarixində mühüm mərhələdir”.

Qeyd edək ki, Qazaxıstanın təşkilata daxil olması ilə bağlı protokol iyul ayında respublikanın parlamentində imzalanmışdı. Sentyabr ayında isə sənəd ölkə parlamentində ratifikasiya edilib və prezident tərəfindən imzalanıb.

Qazaxıstanın DTT-na üzvlüyünə ilk reaksiyanı isə Belarus prezidenti Aleksandr Lukaşenko verib. O deyib ki, bu, Avrasiya İqtisadi İttifaqı üçün problemlər yaradacaq.