XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2015 - 05:15

Putin gecikmə səbəbini izah etdi – detalları müzakirə edirdik

Putin-Iqlim-sammit.jpg

Rusiya prezidenti  Vladimir Putin Parisdə keçirilən İqlim Sammitində iştırakçıların kollektiv şəkilçəkdirmə mərasiminə və digər ritual tədbirlərə qatılmamasının səbəbini açıqlayıb.

Rusiyanın RBK agentliyininin məlumatına  görə, Rusiya prezidenti bunu “texniki səbəblərlə” izah edib. Sammit çərçivəsində Le-Burjede keçirilən mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandıran V.Putinin sözlərinə görə, gecikməsi “sırf  qrafiklə və həmkarlarla konfransda çıxışın detallarını müzakirə etmək zərurəti” ilə bağlı olub.

Putin bir daha Türkiyənin Rusiyanın “S-24” təyyarəsini vurması haqqında danışıb: “Hamı diqqətlə qulaq asırdı və əksəriyyət o tezisi bölüşür ki, müdafiəsiz Rusiya bombardımançı təyyarəsinin vurulmasına heç bir zərurət yox idi”.

Strateq.az