XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 06:53

Prezident nazirə göstəriş verdi – 1250 TIR-dan 100-ü Azərbaycana keçdi (VİDEO)

Türkiyənin Gürcüstan-Rusiya sərhəddində qalan TIR-ları Azərbaycan-Xəzər dənizi və Türkmənistan vasitəsilə Orta Asiya ölkələrinə çatdırılır. 

ANS TV-nin məlumatına görə, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar dərnəyinin rəhbəri Fatih Şener müsahibəsində deyib ki, hazırda 100 ədəd TIR Azərbaycan ərazisinə keçib və buradan Xəzər dənizindən bərələrlə Orta Asiya ölkələrinə çatdırılmaqdadır. Hazırda Gürcüstan-Rusiya sərhəddindən başqa, İran-Türkmənistan sərhəddində də oxşar problemlər yarandığından optimal variant dəyərlənidrilib: 

“Prezident Sənaye və Energetika naziri Şahin Mustafayevə göstəriş verib. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının məlumatlarına görə, Türkiyə Orta Asiyaya illik 50-55 min TIR yük daşıyır. 45 mini İran-Türkmənistan üzərində aparılan yükün 5 mini Türkiyə, Ukrayna və Rusiya üzərindən Qazaxıstana enir”. 

Hazırki qanunverciliyə əsasən hər TIR-dan 465 dollar keçid haqqının azaldılması və ləğvi ilə bağlı məsələ də gündəmdədir. Bu problemin həlli üçün Türkiyə Maliyyə nazirinin yaxın günlərdə Bakıya gələcəyini və Azərbaycan tərəfi ilə məsələni müzakirə edəcəyini söyləyib.

Xatırladaq ki, türk TIR-larına noyabrın 25-dən Gürcüstan-Rusiya sərhəddində problem yaradılıb. Bu məsələ iki gün sonra Bakıya gələn Türkiyə XIN çavuşoğlunun azərbaycanlı həmkarı ilə görüşündə müzakirə edilib. Həmçinin Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır. 

“Reuters”-in məlumatına görə, hazırda Rusiya-Gürcüstan sərhədində 1250 TIR qalmaqdadır.