XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 18:04

Qətərə verilən müddət 48 saat uzadıldı –Tələblər yerinə yetirilməsə, nə olacaq?

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn Qətərə təqdim etdikləri tələblər siyahısını qəbul edilməsi üçün ölkəyə verdikləri müddəti 48 saat uzadıblar.

Qətər bu tələbləri yerinə yetirmədiyi halda digər ərəb ölkələri ilə əlaqələrinin bərpa olunması təklifi geriyə götürüləcək və ona qarşı tətbiq edilən iqtisadi və siyasi sanksiyalar daimi olacaq. Bu barədə BƏƏ rəsmiləri BBC-ə bildirib.

Bundan əvvəl Əl-Cəzirə media şəbəkəsinin bağlanılması daxil olmaqla Qətərə verilən 13 tələbin yerinə yetirməsinə bazar gününə qədər vaxt verilmişdi. Qətər terroru maliyyələşdirməsinə dair iddaları rədd edir və tələblərə rəsmi cavabını bazar ertəsi günü təqdim edəcəyini deyib.

Qətər tələbləri "beynəlxalq qanun və birliyə" təhqir adlandırıb.

Bazar ertəsi günü Qətərin Xarici İşlər Naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani Qətər və digər Körfəz ölkələri arasında vasitəçilik edən Küveytə səyahət edərək Küveyt əmirinə Qətər əmirinin tələblərə cavab olan məktubunu ötürəcək. Şənbə günü Qətərin xarici işlər naziri ölkəsinin tələbləri rədd etdiyini, lakin "münasib şəraitdə" dialoqa hazır olduğunu deyib.

Nazirin Küveytə səfərindən bir qədər əvvəl Qətəri təmsil edən vəkillər bəyanat yayaraq, Körfəz ölkələrinin hərəkətlərinin "başqa ölkələrə "hədə qorxu gəlməklə" tarixən müharibə ilə nəticələn ölkələrin hərəkətlərini" xatırlatdığını deyiblər.

"Dünya Qətərin bu cür əssasız şəkildə cəzalandırılmasını və alçaldılmasını hədəfləyən hərəkətlərə qarşı birlik nümayiş etdirib regionda sabitlik, təhlükəsizlik və tərəqqini təmin etməlidir", -deyə onlar əlavə edib.

BBC