XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2017 - 12:08

“Türkiyə 4 istiqamətdən Afrinə daxil olacaq” –YPG-yə ağır zərbə planı

"Türkiyə Silahlı Qüvvələri 4 istiqamətdən Afrinə daxil olacaq".

Bu iddia ilə “Türkiyə” qəzeti çıxış edib.

YPG-yə qarşı dörd əsas istiqamətdən – Reyhanlı, Hassa, İslahiyə, Kilisdən əməliyyat təşkil olunacaq. Xəbərdə əməliyyatda 7 min türk əsgəri ilə yanaşı, Azad Suriya Ordusu üzvlərinin də iştirak edəcəyi, hökumətin hərbi əməliyyat üçün Rusiya ilə razılaşdığı və prosesin 2 ay davam etməsinin ehtimal olunduğu bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri müntəzəm olaraq bu şəhərdə yerləşən YPG mövqelərinə zərbələr endirir/Axar.az