XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 13:01

Daxili işlər nazirinin müavini Nardarana gedib

Vilayet_eyvazov_.jpg

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün Nardaran qəsəbəsinə gedib.

Trend-in əməkdaşının məlumatına görə, V.Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gəlib.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.