XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2017 - 18:20

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin daha iki maddəsinə şərh verdi –Qərar

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Strateq.az Konstitusiya Məhkəməsinə istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç və on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə uyğun olaraq təhqiqatçının və ya müstəntiqin yalnız qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.