Rusiya prezidenti Vladimir Putinin imzaladığı «Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması və Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında» fərmana görə, Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyulub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, aşağıdakı məhsullar Kreml tərəfindən hazırlanan «qara siyahıya» düşüb.
Toyuq və toyuq məhsulları (təzə və dondurulmuş);
Hinduşka əti və ondan hazırlanan məhsullar; (dondurulmuş)
Tomatlar (təzə və dondurulmuş);
Soğan;
Gül kələm və brokoli; (təzə və dondurulmuş);
Kornişon xiyar (təzə və dondurulmuş);
Portağal (təzə və qurudulmuş);
Mandarin (təzə və qurudulmuş);
üzüm (təzə);
Alma (təzə);
Armud (təzə);
Ərik (təzə);
Şaftalı (təzəsi və şirəsi);
Gavalı (təzə);
Böyürtkən, çiyələk (təzə);
Duz, dəniz suyu.
Qeyd edək ki, bu məhsulların alışı yanvarın 1-dən dayandırılacaq.