XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2017 - 11:44

Sülh Platformasından erməni ordusunun nənə və nəvəni öldürməsinə reaksiya –Bəyanat

Ermənistan-Azərbaycan Sülh Platforması Ermənistan ordusunun Füzulidə nənə və 2 yaşlı nəvəni qətlə yetirməsi ilə bağlı  bəyanat yayıb.

Sülh Platformasının mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, bəyanatda 4 iyun 2017-ci il tarixində cəbhə xəttinin Füzuli istiqamətində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı körpə olan Quliyeva Zəhranın həlak olması, o cümlədən Quliyeva Sərvinazın ağır yaralanmasından təəssüf hissi keçirdiyi vurğulanıb:

"Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur. Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar prosesində kardinal irəliləyişlər olmadıqca, iki dövlət arasında dəhşətli fəsadlara gətirə biləcək müharibənin baş vermə ehtimalını getdikcə artır. Bunun qarşısını almaq üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyən qüvvələr, beynəlxalq təşkilatlar tez bir zamanda real addımların atılması üçün fəaliyyətə keçməlidir. 

"Ermənistan-Azərbaycan Sülh Platforması" olaraq, bir daha cəbhə xəttindəki dəhşətli olayda həlak olan şəxslərin ailələrinə səbr diləyir, bir daha bu cür itkilərin olmaması ümidi ilə tez bir zamanda münaqişənin sülh yolu ilə həll olmasına üçün tərəfləri atəşkəsə riayət etməyə çağırırq”.