XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2017 - 12:48

Sərhədimizi pozan şəxs öldürüldü –DSX hadisənin təfərrüatı haqda xəbər yaydı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz döv­riy­yəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində növbəti dəfə dövlət sərhədinin pozul­masının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını  alıblar.

DSX-dan Strateq.az-a verilən məlumata görə, 05.07.2017-ci il tarixdə saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilib:

"Təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərmişdir. Havanın qaranlıq və ərazinin mürəkkəb relyefi malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb. İlk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat etmişdir. Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada  8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülmüşdür".

Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.