ABŞ İraqa xüsusi hərbi qüvvələrini göndərəcək.
Xarici mətbuata istinadən strateq.az-ın verdiyi məlumata görə, bunu ABŞ-ın Müdafiə naziri Eşton Karter deyib.
Silahlı Qüvvələr Komitəsinin iclasında çıxış edən nazir xüsusi təyinatlıların missiyası barədə də ipucları verib: “Bu xüsusi hərbi birliklər sayəsində girovların azad edilməsi, xəfiyyə xidmətinin təkmilləşdirilməsi və İŞİD liderlərinin yaxalanması mümkün olacaq”.