XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 15:14

Alxanlı sakini:"Ermənilər hər gün kəndi atəşə tuturlar"

Ermənilər demək olar ki, hər gün axşamlar Alxanlı kəndini atəşə tuturlar.

Bunu Trend-ə açıqlamasında Füzuli rayonunun Alxanlı kənd sakini Sevinc Məmmədova deyib.

Kənd sakini bildirir ki, ermənilər son vaxtlar yalnız yaşayış məntəqələrini atəşə tuturlar:

"İyulun 4-də gecə kənd atəşə tutuldu. Kəndə 4-5 yerə mərmi düşdü. Əvvəllər qəbristanlıqları, obyektləri atəşə tuturdular. Amma son vaxtlar birbaşa kəndi atəşə tuturlar. Dünən axşam ermənilər kənd istiqamətində hücuma keçdilər. Azərbaycan Silahlı Qüvvələri təxribatın qarşısını aldılar. Ermənilər hər axşam kəndi atəşətə tuturlar, dayanmırlar".

S.Məmmədova bildirir ki, hazırda kənddə sakitlikdir: "Əhali öz işi ilə məşğuldur. Artıq əhali erməni təxribatlarına öyrəşib. Bu, birinci dəfə deyil ki".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.