XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 18:01

Prezident göstəriş verdi, tariflər rəsmən azaldıldı – Türkiyəyə real dəstək

 

 

Azərbaycan gəmiçilik tariflərini azaldıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “Trend”ə verilən məlumata görə, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.
 
Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.
 
Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına – beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlamışdı.