XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 17:52

Rusiya Azərbaycana yeni səfir göndərir –Dövlət Duması təsdiqlədi

Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.

"İnterfaks"ın verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub.

Bu gün Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə üzrə iş Komitəsində Azərbaycana yeni səfirin namizədliyi məsələsinə baxılıb.

Komitə səfir postuna Georgi Zuyevin namizədliyini təsdiqləyib.

Komitənin iclasında Rusiya XİN başçısının müavini Qriqori Karasin də iştirak edib.

G. Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır/APA.