Rusiyanın Cənubi Osetiyadakı hərbi bazasında müharibəyə hazırlıq vəziyyəti ilə bağlı hərbi təlim başlayıb.
Bu açıqlama ilə Rusiya Cənub Hərbi Bölgəsinin sözçüsü polkovnik Vadim Astafyev çıxış edib.
"Cənubi Osetiyadakı Dzartsemi poliqonunda 2 mindən çox əsgər və mindən çox hərbi texnikanın iştirakı ilə öncədən müəyyən edilən bölgəyə hərəkət başlayıb. Təyin edilən bölgəyə çatdıqdan sonra hazırlıq vəziyyəti ilə bağlı nəzarət işləri aparılacaq, hərbi texnikalar yoxlanışdan keçiriləcək", – Astafyev qeyd edib/Axar.az.