ABŞ-ın xarici işlər naziri Reks Tillerson iyulun 9-da Kiyevdə Ukrayna prezidenti ilə görüşdən dərhal sonra Türkiyəyə səfər edəcək.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər zamanı Ərdoğanla görüşdə əsas müzakirə mövzuları Suriya, İŞİD, PKK/YPG terror təşkilatlarına verilən silahlar, Qətər böhranı və Fətullah Gülənin Ankaraya təhvil verilməsi olacaq.