XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 09:19

Tramp Putinlə Suriyanı müzakirə etmək istəyir –ABŞ dövlət katibindən açıqlama

ABŞ prezidenti Donald Tramp G-20 sammiti çərçivəsində  Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

Onun sözlərinə görə, ABŞ-la Rusiya arasında təhlükəsiz zonalarına dair əməkdaşlıq hər iki ölkənin Suriyada irəliləyişə nail olmağa qadir olduqlarını təsdiqləyir.

“Suriyada siyasi prosesin təmin edilməsində Rusiyanın üzərinə xüsusi məsuliyyət düşür. ABŞ Rusiya ilə birgə uçuşsuz zonaların və atəşkəsin monitorinqi mexanizmlərinin yaradılması məsələlərini nəzərdən keçirməyə hazırdır”, – deyə R.Tillerson vurğulayıb.

Dövlət katibi həmçinin qeyd edib ki, Suriyada kimyəvi silahdan istifadənin qarşısının alınması məsələsində də məsuliyyət Rusiyanın üzərindədir.

“Əgər biz Suriyada sabitliyə nail olmasaq, İŞİD-in məhv edilməsində müşahidə edilən irəliləyiş puç olacaq”, – deyə R.Tillerson əlavə edib.

Qeyd edək ki, G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək