XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 09:48

“Azərbaycan günahsız insanların qətlə yetirilməsinə qarşıdır” –Mehriban Əliyeva

"Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!".

Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Twitter" səhifəsində yazıb.

Qeyd edək k, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub.

Nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.