XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

06 İyul 2017 - 10:59

Prezidentin köməkçisindən Alxanlıdakı hadisəyə sərt reaksiya:"Niyə ağızlarını açıb, bir söz demirlər"

"İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT-lər Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb, bir söz demirlər, nə səbəbə susurlar. Qəribədir deyilmi?".

Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov iyulun 4-də ermənilər tərəfindən 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın öldürülməsinə "Feysbuk"dakı səhifəsində münasibət bildirərkən yazıb.

Prezidentin köməkçi daha sonra yazıb:

"Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma, əfsuslar".

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Strateq.az