XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2017 - 11:17

CHP-nin yürüşünü qana bulamaq istəyən İŞİD-çilər tutuldu –Vali təfərrüatı açıqladı

Türkiyənin Kayseri vilayətində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yürüşünü qana bulamaq istəyən İŞİD terror qruplaşmasının 5 üzvü tutulub.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kayseri valisi açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşı olan bu 5 İŞİD terrorçusu yürüş iştirakçılarının üstünə yük avtomobili sürməyi planlasalar da, son anda onlar fərq edilərək, zərərsizləşdirilibllər.

Qeyd edək ki, CHP deputat Enis Bərbəroğlunun həbsinə etiraz olaraq "Ədalət" şüarı altında iyunun 15-dən yürüş keçirir. İstanbuldan Ankaraya doğru başlayan yürüş hazırda fərqli bölgələrdə 30 gün davam etdiriləcək.

Strateq.az