XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 04:45

“Facebook” yaradıcısından möhtəşəm addım – 45 milyard dollar bağışlayacaq

Markin-qizi.jpg

Qızlarının doğulması ilə əlaqədar Facebook sosial şəbəkəsinin yaradıcısı Mark çukerberq və həyat yoldaşı Prisiçilla çan Facebook korporasiyasının  onlara məxsus olan aksiyalarının 99% xeyriyyə fonduna bağışlamaq niyyətini açıqlayıblar.

M.çukerberq dünən bütün dünyaya elan edib ki, onun və həyat yoldaşı Prisiçilla çanın qız övladı dünyaya gəlib.  Valideynlər qıza Maks adı qoyublar.

çukerberq özunu  Facebook-dakı səhifəsində yeni doğulan qızına məktubunu dərc edib. O, körpəsinə “bizim dünyamızdan daha yaxşı dünyada” böyüməyi arzu edib.

O, həmçinin elan edib ki, bütün həyatları boyu Facebook korporasiyasının  onlara məxsus olan aksiyalarının 99% Chan Zuckerberg Initiative xeyriyyə fonduna bağışlamaq niyyətinindədirlər. Bu aksiyalar hazırda 45 milyard dollar dəyərində qiymətləndirilir.  Bu fond bütün dünyada uşaqlar üçün bərabər imkanlar yaradılması istiqamətində işləyəcək.

Strateq.az