XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 05:03

Obama yenə vədinə xilaf çıxdı- Quantanamo həbsxanası bağlanmayacaq

quantanamo.jpg

Məhbuslar üzərində dəhşətli işgəncələri ilə “məhşurlaşmış” Kubadakı  ABŞ-ın Quantanamo həbsxanası bağlanmayacaq.  ABŞ prezidenti Barak Obamanın administrasiyası Müdafiə Nazirliyinin həbsxananın bağlanması ilə bağlı planını rədd edib. Bu barədə ABŞ-ın The Wall Street Journal qəzeti Pentaqonun planları ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb.

Quantanamo həbsxanasının bağlanması planı ABŞ ərazisində yeni penitensiar müəssisənin tikilməsini nəzərdə tuturmuş.  Qəzetin məlumatına görə, yeni həbsxananın tikintisi və Quantanamonun bağlanmasının 600 milyon dollara başa gəlməsi nəzərdə tutulub. Ağ Evdə bu xərclərin çox olduğunu bildiriblər və plan yenidən işlənməsi üçün geri qaytarılıb.

Bundan əvvəl prezident Obama həbsxananın bağlanmasına qarşı çıxan Konqresin addımlarından çox təəsüfləndiyini açıqlamışdı.  O, 2016-cı il il üçün ölkənin hərbi büdcəsini təsdiq edən zaman açıqlama vermişdi: “Bu obyektin ildən ilə öz mövcudluğunu saxlaması bizim maraqlarımıza cavab vermir və bütün dünyada mövqeyimizə zərbə vurur.  Bu həbsxananın işləməsi bizim resurlarımızı alır, əsas tərəfdaşlarımızla münasibətlərimizi korlayır və bununla milli təhlükəsizliyimizi zəiflədir”.

Obama 2009-cu ildə, prezident seçildikdən bəri bu həbsxananın bağlanacağı vədini verir.

Strateq.az