"Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni xüsusi nəzarətdə saxlayır".
Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qarşıdan gələn toplantısında Rusiyanın münaqişənin həlli ilə bağlı yeni təkliflər təqdim edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən M.Zaxarova vəziyyətin gərginləşməsi halında onu nizamlama halına qaytarmaq üçün hər şey edildiyini bildirib: "Rusiya gələcəkdə də bu yolla davam edəcək".
Report